Şöbələr
West Hospital tərəfindən göstərilən ən yüksək beynəlxalq standardlara cavab verən tibbi şöbələr, təcili və təxirə salınmazı tibbi yardım və klinik laboratoriya xidmətləri haqqında geniş məlumatlarla tanış ola bilərsiniz.
Ege Hospitalın Anesteziologiya və Reanimasiya şöbəsi dünya standartlarına cavab verən ən müasir anestezioloji və reanimatoloji avadanlıqlarla təmin olunub.
Ege Hospitalda 6 əməliyyatxana fəaliyyət göstərir. Şöbə çox funksiyalı kardiomonitorlar, infuzomatlar, müasir tənəffüs aparatları, portativ rentgen avadanlığı, müasir ultrasəs cihazı və s. ilə təchiz olunmuşdur.
Burada tibbin bir çox sahələrini əhatə edən cərrahi əməliyyatlar uğurla həyata keçirilir-ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, travmatologiya-ortopediya, burun-boğaz-qulaq, urologiya, ginekologiya və s.
Anesteziologiya və Reanimasiya şöbəmizdə istifadə olunan anesteziyanın növləri:
- vena daxili anesteziya (larenqeal mask ilə),
- ümumi anesteziya.
- regionar anesteziya.
Ağırlaşma faizinin minimuma endirilməsinə, əməliyyatdan sonra xəstənin tez və rahat oyanmasına xidmət edən anestetiklər (halotan, isofluran, sevofluran) istifadə edilir, yüksək səviyyəli anesteziya aparılılır.

Ege Hospitalın Kardiologiya şöbəsindəürək-damar sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasıhəyata keçrilir:
- Ürəyin işemik xəstəliyi(ÜİX);
- Hiperteniya xəstəliyi;
- Ritm pozğunluqları;
- Anadangəlmə və qazanılmış ürək qüsurları;
- Ürək əməliyyatlarından sonrakı vəziyyətdə olan xəstələrin müalicəsi
- Dislipidemiya və s.
Kardioloji kabinetdə fəaliyyət göstərən həkimlər tərəfindən yüksək peşəkarlıqla aşağıda qeyd edilən müayinələri aparılır:
- EKQ
- Rəngli Doppler exokardioqrafiya (Exo-KQ)
- Transtorakal Exokardiyografiya
- Transezofageal Exokardioqrafiya (TEE)
- Stress Test (tredmilmetriya, veloerqometriya)
- Təzyiq Holter
- Koronar angioqrafiya
- Koronar angioplastika
- Periferik damarlarının angioqrafiya və stentləməsi
- Periferik angioqrafiya (tək tərəfli)
- Periferik angioqrafiya (iki tərəfli)

Ege Hospitalın Ginekologiya şöbəsi dünya standartlarına uyğun keyfiyyətli və güvənli xidmətlər göstərməkdədir.
Ginekologiya şöbəmizdə funksional (USM, endoskopik, rentgen müayinələr), laborator (bakterioloji, immunoloji, hormonal müayinələr), geniş diaqnostik müayinə və müalicələr tətbiq olunur.
Ginekologiya şöbəmizdə aşağıda qeyd edilənlərin diaqnostikası, müayinə və müalicəsi tətbiq edilir:
- Ailə planlama
- Hamiləlik təqibi
- Doğum
- Keysəriyyə
- Keysəriyyə sonrası normal doğum
- Sonsuzluğun müalicəsi
- İnseminasiya
- Süni Mayalanma
- Vaginal infeksiyaların müalicəsi
- Sidik qaçırmanın müalicəsi
- Üroginekologiya
- Ginekoloji əməliyyatlar
- Laparoskopik cərrahiyyə

Ege Hospitalın Nevrologiya şöbəsində nevroloji xəstəliklər müayinə və müalicə olunur. Nevroloji xəstəliklərin dəqiq diaqnostikası aparılır:
- KT
- MRT
- Doppleroqrafiya
- Elektroensefaloqrafiya (EEQ)
- Elektromioqrafiya (EMQ)
- Reoensefaloqrafiya (REQ)
Aşağıda qeyd edilən nevroloji problemlərlə bağlı Nevrologiya şöbəmizə müraciət edə bilərsiniz:
- Baş ağrısı;
- Miqren;
- Baş gicəllənməsi;
- Yuxu pozulmaları;
- Epilepsiya;
- Qıcolmalar;
- Parkinson;
- Nevrozlar (nevrasteniya, isteriya, sayrışan hallar);
- Qorxu və həyəcan halları;
- Beyin-damar xəstəlikləri;
- İflic;
- və s.
Nevroloji problemlərlə bağlı şikayətləri olan hər kəs bütün lazımi müayinə və müalicələrin effektiv şəkildə həyata keçirilməsi üçün Ege Hospitala müraciət edə bilər.

Neyrocərrahiyyə dəqiqlik və peşəkarlıq tələb edən komanda işidir. Ege Hospital bu işi daha da önə aparmaq üçün peşəkar komandasıyla xidmətinizdədir.
Ege Hospitalın neyrocərrahiyyə şöbəsinin Türkiyədə təhsil almış və çalışmış cərrahları Uzm. Dr Ruslan Yunusov və Uzm. Dr Röyal Mehtiyev tərəfindən uzun illərdir ki, bu sahədə ən riskli əməliyyatlar yüksək peşəkarlıqla həyata keçirilmiş və uğurlu nəticələr əldə edilmişdir. Qeyd edək ki, adı çəkilən cərrahlar Avropa və Beynəlxalq Neyrocərrahiyyə Cəmiyyətlərinin üzvləridir.
Ege Hospitalın ən müasir tibbi avadanlıqlarla (neyrocərrahi mikroskop, C-arm, Medtronic kraniotom və s.) təchiz olunmuş Neyrocərrahiyyə şöbəsində uzman neyrocərrahlarımız
- anadangəlmə baş beyin və onurğa beyni xəstəlikləri,
- kəllə və onurğa sütunu travmaları,
- baş- beyin şişləri və qanaması əməliyyatları,
- boyun, döş və bel fəqərə arası disk yırtıqları,
- epilepsiya cərrahiyyəsi,
- pediatrik neyrocərrahiyyə,
- hidrosefaliya,
- mikrocərrahiyyə yolu ilə spinal neyrocərrahiyyə,
- periferik sinir cərrahiyyəsi,
- həmçinin baş beyin,
- onurğa beyni və periferik sinirlə bağlı bütün növ xəstəliklərin müalicə və cərrahiyyəsini yüksək peşəkarlıqla həyata keçirirlər.
Cərrahi əməliyyat üçün göstəriş olarsa uzman cərrahlarımız tərəfindən əməliyyatlar açıq, mikroskopik, endoskopik, minimal invaziv yanaşmalarla və mikroneyrocərrahi metodla icra olunur.
Ege Hospitalda vətəndaşlara vaxtında və dəqiq şəkildə yardım edə bilmək üçün sutkanın istənilən saatında təcili laborator analizlərin verilməsi və həmçinin radioloji müayinələr ( KT, MRT, Rentgen) həyata keçirilir.
Ege Hospital olaraq Bizim işimiz və məqsədimiz imkansızı bacarmaqdır.

Ege Hospitalın oftalmologiya şöbəsi ən son texnoloji avadanlıqlarla təchiz olunub. Oftalmologiya şöbəmizdə göz xəstəliklərinin erkən mərhələlərdə aşkar edilməsi, müayinə və müalicələri həyata keçirilir. Yüksək ixtisaslı oftalmoloqlarımız ən müasir avadanlıqların köməyilə görmə qabiliyyətini qiymətləndirir, göz xəstəliklərinin diaqnostikası və müalicəsini aparır. Oftalmologiya şöbəmizdə gözdaxili təzyiqin ölçülməsi, gözdən yad cismi çıxarılması, göz yaşı vəzisinin kanalının açılması, zəifgörmənin dərəcəsinin təyin edilməsi və s. kimi xidmətlər fəaliyyət göstərir. Aşağıda qeyd edilən xəstəliklərin diaqnostikası, müayinə və müalicəsi tətbiq edilir:
- Qlaukoma,
- Katarakta,
- Çəpgözlük;
- Gözün allerqik xəstəlikləri,
- Göz qapaqlarının kəskin və xroniki xəstəlikləri,
- Göz təzyiqi;
- Miopiya (yaxındangörmə), hipermetropiya (uzaqdangörmə), astiqmatizmin
- və s.
Vaxtaşırı göz müayinəsindən keçməyi unutmayın!

Ege Hospitalın Pediatriya şöbəsində 0-16 yaş arası uşaqların diaqnostika, müalicə və profilaktik müayinələri həyata keçirilir.
Körpələrin düzgün qidalanmaları, yarana biləcək xəstəliklərin erkən diaqnostikası, müasir və geniş spektrli laborator müayinələr, peyvəndlər və müalicələr pediatriya şöbəmizin əsas iş prinsipidir.
Əziz analar və atalar, əgər uşaqlarınızın və yenicə dünyaya gələn körpələrinizin inkişafı ilə bağlı, mədə-bağırsaq xəstəlikləri, infeksion xəstəliklər, allerjik xəstəliklər, hormonal pozqunluqlar, sinir sistemi xəstəlikləri, ilə bağlı hər-hansı narahatlığınız varsa, pediatrlarımıza müraciət edə bilərsiniz.
Uşaqlarınızı sağlam böyüməsi üçün vaxtaşırı pediatr müayinəsi vacibdir.
Sağlam uşaq, sağlam nəsil, sağlam gələcək!

Ege Hospitalın Otolarinqologiya şöbəsi qulaq, burun, boğazla bağlı xəstəliklərin müayinə və müalicəsi üçün müasir avadanlıqlar təchiz edilib. Qulaq, burun və boğaz xəstəliklərinin müayinə və müalicəsi yüksək ixtisalı otolarinqoloqlarımız tərəfindən müvəffəqiyyətlə tətbiq edilir. Endoskop (kamerayla görüntüləmə) və mikroskop kimi müasir texnologiya avadanlıqlarını istifadə edilərək xəstəliklərin dəqiq diaqnozu təyin edilir və müalicəsi həyata keçirilir. Şöbədə aşağıda qeyd eilən xidmətlər fəaqliyyət göstərir:
- LOR-həkimin konsultasiyası;
- LOR-orqanların endoskopik müayinəsi;
- Timpanometriya;
- Laborator müayinələr (burun-udlaq əkmələri);
- Rentgen diaqnostikası
- Kompüter tomoqrafiyası (KT)
İçra olunan əməliyyatlar:
- Badamcıq iltihablaşmasının həm invaziv, həm də operativ müalicəsi;
- Tonziloektomiya əməliyyatı;
- Septoplastika əməliyyatı;
- Adenoidektomiya əməliyyatı;
- Burun travmasinda burun sümüklərini repozisiyası;
- Paratonzilyar absesin müalicəsi;
- Endoskopik sinus cərrahiyyəsi;
- Poliplərin endoskopik cərrahiyyəsi;
- Xorlama cərrahiyyəsi;
- Xroniki otit və uşaqlarda seroz otitlərin cərrahiyyəsi və s.

asdfkjahsdf
